İndoneziyanın Şimali Sumatra vilayətində sürüşmə nəticəsində topraq kütəlisinin mehmanxananın üstünə uçması səbəbindən 7 tələbə həyatını itirib.
"Sinxua" agentliyi xəbər verir ki, hadisə nəticəsində daha 7 nəfər xəsarət alıb.
Yerli xilasetmə xidmətinin nümayəndəsinin sözlərinə görə, tələbələr sürüşmə zamanı Karo dairəsində yerləşən hoteldə olublar: "Onlar səyahət edən universitet tələbələri idi".
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.