dini radikalizm və ekstremizmlə mübarizə

Sahibsiz qalan heyvanlar uşaqlara hücum edib, maşınlara ziyan vurub

 Sahibsiz qalan heyvanlar uşaqlara hücum edib, maşınlara ziyan vurub


Sahibsiz qalan iribuynuzlu heyvanlar ətrafa ziyan vurub.


Xezerxeber.az-ın məlumatına görə, hadisə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində baş verib. 20 -dən çox inək avtomobillərə ziyan vurub və azyaşlılara hücum edib.


Sakinlər deyir ki, iribuynuzlu heyvanlar qəsəbədə yaşayan vətəndaşlara məxsusdur və bir neçə gündür mal-qaraya sahib çıxan yoxdur.


Ən dəhşətlisi ondadır ki, bu heyanlara yaxın durmaq çətinləşib. Sahibsiz qalan heyvanlar sanki vəhşiləşib. İnəklər qəsəbə ərazisində mövcud olan Əkinçilik Elmi Tədqiqat İnstitutunun yardımçı təcrübə təsərrüfatına da xeyli ziyan vurublar.


Ərazidə çəkiliş apardığımız zaman, heyvan sahiblərindən birini tapa bildik. Qəsəbə sakini olan Valeh Süleymanov iribuynuzlu heyvanlardan bir neçəsinin ona məxsus olduğunu bildirdi.


Məsələ ilə bağlı qəsəbə İcra nümayəndəliyindən "Xəzər Xəbər"ə bildirildi ki, yaranmış problemdən xəbərdardırlar. Bu barədə hətta qəsəbədə elan da veriblər. Əgər qısa vaxt ərazində digər heyvanların da sahibləri üzə çıxmasa, ciddi tədbir görüləcək.

Oxunub: 654
Oxşar xəbərlər
SON XƏBƏRLƏR