dini radikalizm və ekstremizmlə mübarizə

ŞƏHİD HƏSƏN QORXMAZ HAQQINDA XATİRƏLƏRDƏN

ŞƏHİD HƏSƏN QORXMAZ HAQQINDA  XATİRƏLƏRDƏN




Allah rəhmət eləsin cəmi şəhidlərimizə.
Həsən Qorxmazı 1990-cı ildən tanıyirdım.
Toy məclislərində müğənni kimi iştirak etməyə yeni başlayirdı, məni yeni yaranan ansambla dəvət etməklə həm də ansambl üzvlərinin ağsaqqalı kimi məsləhətci olaraq qəbul etdilər.
Sonra Qubadli rayon Mədəniyyət şöbəsinə işə qəbul olundu.Toylarda konsert proqramlarında ansambl heyətndə birgə çıxıs edirdik. Qubadli,Laçın, Zəngilan toylarinda gözəl ifasıyla məşhurlaşmışdi dəvətlərin sayi o qədər çoxalmışdı kı, hətta hər dəvəti qəbul edə bilmirdik.
Belə bir vaxtda Həsən hər şeydən imtina edərək döyüşlərə atıldi və hərbidə də az vaxtda tanındı. hörmət qazandı.
Şəhidliyindənbi neçə gun qabaq o vacib tapşıriq üçün Bakıya getmişdi. ..
O axşamüstü idarədə idim. evə getməyə hazırlaşırdım. Bu vaxt küçədən onun səsini eşidib tez küçəyə çıxdim.gordum ki.Həsən atilib döyüş zonasına döyüşçüləri aparan maşina mindi.
Çağirdim bir anlıq dayansin gòrüşək. Axi bir neçə günüydu görmürdük bir-birimizi..
Geri boylanıb dedi: -Salam, ay qağa sabah gəlıb səninlə görüşüb təbrik edəcəm, xeyirli olsun təzə vəzifən...( Qubadlı rayon Mədəniyyət evinin direktoru təyin olunmuşdum o gunlərdə ...) indi təcili getməliyəm vəziyyət ağırdır orda.
Və... o, bir daha geri dönmədi...Soyuq dekabr günundə acı xəbər hücum çəkdi üstümüzə. Həsən Qorxmaz həlak oldu.
Allahdan sənə rəhmət diləyirəm əziz dostum.
Dəfni zamanı elə qəbirstanlıqda goz yaşlarım içində boğulurkən şeir yazirdim. Şamil Sabiroğluyla çiyin-çiyinəydim o ağir anlarda.
Şamil qardaşım həmən şeirimi " Azərbaycan Ordusu " qəzetində dərc etdirdi, az sonra...
Ruhun şad olsun
Mayıl Məmmədli

Oxunub: 1 213
Oxşar xəbərlər
SON XƏBƏRLƏR