dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan Tibb Universitetində Anatomiya Muzeyinin açılış mərasimi keçirildi

Azərbaycan Tibb Universitetində Anatomiya Muzeyinin açılış mərasimi keçirildi
Belə bir deyim var: "Keçmişini unudanı,gələcək topa tutar!"
1918-ci ili mayın 28-də Şərqdə ilk dəfə Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndə bir çox sahələrdə olduğu kimi, elm, təhsil və səhiyyə sahələrində də yeniliklər baş verdi.Belə ki, 1919-cu ildə Bakı Dövlət Universiteti yaradıldı.Sentyabrın 1-də BDU-nun rektoru Vasiliy İvanoviç Razumovskinin əmrinə əsasən 2 fakültə fəaliyyətə başladı: Tibb və tarix fakültələri.Razumovski həm də Anatomiya Kafedrasının müdiri kimi uğurlu iş apardı.
99 il ərzində ATU-nun Anatomiya kafedrası yüzlərlə ali təhsilli həkim yetişdirdi, onların əhaliyə nümunəvi xidmətləri təşkil edildi.
1995-ci ildən ATU-nun İnsan Anatomiyası Kafedrasına Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Respublikanın Əməkdar müəllimi, Tibb elmləri doktoru, Professor Vaqif Şadlinski rəhbərlik edir.
Vaqif müəllim sözün həqiqi mənasında cəfakeş insan, elm fədailərindən biridir.Məhz onun rəhbərliyi altında Kafedrada sağlam mühit var: İşçilər tələbə-gənclərin elmi biliklərə yiyələnməsi üçün əllərindən gələni əsirgəmirlər.
2017-ci ilin ortalarında Anatomiya kafedrasının nəzdində V.Şadlinskinin rəhbərliyi altında Anatomiya muzeyi yaradılıb. Burda 5.210 eksponat saxlanılır.
Yanvarın 12-də Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyninin təşəbbüsü, Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə Anatomiya muzeyinin açılış mərasimi oldu.Mərasimi Anatomiya Kafedrasının müdiri Prof.Vaqif Şadlınski açdı.O, tədbir iştirakçılarına Universitetin keçdiyi şərəfli yol haqda məlumat verdi.
ATU-nun məzunu, Milli Məclisin deputatı İlham Məmmədov, "İki sahil"qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bu möhtəşəm Muzeyin təşkil edilməsində zəhməti olan insanlara öz təşəkkürlərini çatdırdılar.Daha sonra Muzeyə baxış oldu.İnsan Anatomiya Kafedrasının müdiri Vaqif Şadlınski, Universitetin müəllimi Ramilə Babayeva Muzeydə olan eksponatlar haqda ətraflı məlumat verdilər.


Şamil Sabiroğlu,
"fact-info.az", "xebertv.az", "tereqqi.az" saytlarının xüsusi müxbiri,


Şamilə Şamilqızı,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi.

Azərbaycan Tibb Universitetində Anatomiya Muzeyinin açılış mərasimi keçirildi
Azərbaycan Tibb Universitetində Anatomiya Muzeyinin açılış mərasimi keçirildi
Azərbaycan Tibb Universitetində Anatomiya Muzeyinin açılış mərasimi keçirildi

Oxunub: 1 248
Oxşar xəbərlər
SON XƏBƏRLƏR