Rusiyanın paytaxtı Moskvaya doğru uçan 10 PUA məhv edilib.
Djb.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin "Maks" kanalında məlumat paylaşıb.
O bildirib ki, dronlar hava hücumundan müdafiə sistemləri ilə zərərsizləşdirilib.
PUA qalıqlarının düşdüyü ərazilərə fövqəladə hallar xidmətinin əməkdaşları baxış keçirir.
Oxunub: 0