dini radikalizm və ekstremizmlə mübarizə

"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır


Noyabrın 2-dən 102, 130, 142 və 159 nömrəli marşrutlar Sumqayıt istiqamətində "20 Yanvar" metrostansiyasının yaxınlığında, Moskva prospektindəki "14 saylı notariat ofisi"nin yanında mövcud olan dayanacaq məntəqəsindən çıxarılır.

Xocəsən və Sulutəpə qəsəbələri istiqamətində getmək üçün 102 və 159 nömrəli marşrutların sərnişinləri avtobuslara "20 Yanvar" metrostansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışında (ADSEA binasının qarşısında) mövcud olan başlanğıc dayanacaq məntəqəsində, yaxud "Şamaxinka" adlanan ərazidəki ("Alov zavodu" ilə üzbəüz) dayanacaqda minə bilərlər.

130 və 142 nömrəli marşrutların sərnişinləri isə "20 Yanvar" metrostansiyasının yaxınlığında, Moskva prospektindəki "Azərbaycanfilm Kinostudiyası" dayanacaq məntəqəsindən istifadə edə bilərlər. Bu marşrutların Lökbatan qəsəbəsi və Masazır kəndi istiqamətində növbəti dayanacağı "Şamaxinka" adlanan ərazidə ("Alov zavodu" ilə üzbəüz) mövcud olan məntəqədir. / BakuPlus.az /

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR