dini radikalizm və ekstremizmlə mübarizə

Akar: “Azərbaycanın dərdi dərdimiz, sevinci sevincimizdir”

Akar: “Azərbaycanın dərdi dərdimiz, sevinci sevincimizdir”


Erməni tezisini dəstəkləyən dövlətlərin məqsədi Türkiyənin qarşısını almaqdır.

Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar Kayseri Universiteti Konqres və Mədəniyyət Mərkəzində keçirilən “Erməni Problemi Konfransı”nda çıxışı zamanı deyib.

O, bildirib ki, 1915-ci il hadisələrindən siyasi məqsədlər üçün istifadə olunur.

“Erməni tezisini dəstəkləyən ölkələrin əsas məqsədi türkiyəyə zərər verməkdir, Türkiyənin böyüməsinə və güclənməsinə mane olmaqdır. Köçürülmə praktikasının qondarma soyqırım kimi tanınması onların əsl məqsədlərini göstərir. Məhz bu kontekstdə ermənilər 24 apreli “soyqırım günü” elan ediblər. Son illərdə onlar bütün dünyada süni tarix yaratmaq istəyirlər. Tarixi yenidən yazmağa çalışırlar”, - deyə nazir bildirib.
Akar Türkiyənin Azərbaycana olan dəstəyinin bundan sonra da davam edəcəyini bir daha vurğulayıb.

“Biz Ermənistanın ona uzadılan sülh və dostluq əlini tutmasını gözləyirik. İki dövlət, bir millət anlayışında yaşadığımız Azərbaycanın dərdi bizim dərdimiz, sevinci sevincimizdir. Bu günə qədər kədərdə də, sevincdə də əziz bacı-qardaşlarımızın yanında olmuşuq və bundan sonra da buna davam edəcəyik”, - o, qeyd edib.

Mənbə: Haber Global

Oxunub: 123
Oxşar xəbərlər
SON XƏBƏRLƏR