dini radikalizm və ekstremizmlə mübarizə

“Azərlotoreya” YENİ OLİQARXI YETİŞDİRİR… – Onun da adı Cahangirdir…

“Azərlotoreya” YENİ OLİQARXI YETİŞDİRİR… – Onun da adı Cahangirdir…

Ölkədə “Azərlotoreya” MÜƏMMASI davam edir. Bu faktdır və hələ də dövlətin müvafiq qurumları bu RƏSMİ QUMARBAZLIĞI “suyun üzünə çıxarmaqda” ya maraqlı görünmürlər, ya da buna cəsarətli deyillər. Hər halda aşağıda Dia.az olaraq təqdim edəcəyimiz fakt ikinci versiyanı daha da möhkəmləndirir.

Dia.az xəbər verir ki, ümumiyyətlə, “Azərlotoreya” tərəfindən satılan biletlər üzrə uduş fondunun nə qədər olması barədə heç bir maliyyə hesabatı verilmir. Hansı ki, əksər ölkələrdə satılmış biletlər üzrə keçirilən lotoreya oyunlarının tirajı haqqında istehlakçılara şəffaf bilgilər verilir. Çox maraqlıdır ki, belə bilgilər Azərbaycanda nəinki “Azərlotoreya” tərəfindən verilir, ümumiyyətlə, heç bir dövlət qurumundan bu barədə bilgi almaq mümkün deyil. Bu da ilk növbədə uduş fondları ilə bağlı ciddi şübhələrin yayılmasına səbəb olub.

Yeri gəlmişkən, “Azerlotereya” Açıq Səhmdar Cəmiyyətinin (ASC) rəhbərliyində baş verən dəyişiklilərdən sonra, müəyyən şəxslər bu sahəni tamamilə öz monopoliyalarına almağa çalışırlar. Bu haqda məlumat verən mənbənin Dia.az-a bildirdiyinə görə, hazırda ölkə üzrə lotoreya biletlərinin satışında əsas söz sahiblərindən biri “Caspian Ticket”in rəhbəri Cahangir Fərəcullayevdir. İddia olunur ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun yaxın dostu və onun kadrı kimi tanınan C.Fərəcullayev qeyri-rəsmi olaraq “Azerlotereya”ya nəzarət etməyə və bu sahəni tamamilə öz inhisarına almağa çalışır. Qeyd edək ki, bu barədə məlumatı keçən yazıda diqqətinizə təqdim etmişdik.

Bunu xatırladan mənbə bəyan edir ki, belə olan təqdirdə hansısa dövlət qurumunun Mikayıl Cabbarov kimi FÖVQƏLNAZİRƏ cəbhə açacağı ağlabatan görünmür.

Amma burada bir başqa məqam var. Məlumatı dia.az-a ötürən mənbə bildirir ki, əslində cənab Fərəcullayev məlum qanun pozuntuları ilə özündən daha çox məhz Mikayıl Cabbarovu hədəfə gətirdiyinə görə, müvafiq qaydada cəzalandırıla bilər: “Yəni Mikayıl Cabbarov hansısa Fərəcullayevin korrupsiya fəaliyyətinin nazını çəkə bilməz. Bu işlər təbii ki Cabbarovdan xəbərsiz baş verdiyindən məhz burada Fərəcullayevin cəzalandırılması üçün əsas maraqlı tərəf də elə Cabbarovun özü olacaq”.

Əlavə bilgilərimiz var. Bizi izləməkdə davam edin…

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq… DİA.AZ

Oxunub: 152
Oxşar xəbərlər
SON XƏBƏRLƏR