Üç aylıq sükutdan sonra Merkel “bu barbar müharibəyə son qoymağa” çağırıb.
Djb.az konkret.az-a istinadən xəbər verir ki, Angela Merkel bunu altı ay ərzində ilk dəfə ictimaiyyət qarşısında çıxışı zamanı deyib. Almaniyanın keçmiş kansleri kənardan məsləhət verməyəcəyini, lakin hökumətin “bu vəhşi müharibəyə son qoymaq” səylərini dəstəklədiyini bildirib.
Hazırkı vəziyyətdə, Merkelin fikrincə, Avropa İttifaqının birliyi əsas əhəmiyyət kəsb edir.
“Biz heç vaxt sülh və azadlığı elə-belə, təbii qəbul etməməliyik, bunların yaranmasına kömək etməliyik”, – keçmiş kansler bildirib.
O, həmçinin Almaniya hökumətinin, Aİ-nin, digər ölkələrin və beynəlxalq təşkilatların hərbi əməliyyatların dayandırılmasına yönəlmiş səylərini dəstəklədiyini bildirib.
Keçmiş kansler Helmut Kolun xarici siyasət məsələləri üzrə keçmiş müşaviri Horst Telçik bir müddət əvvəl Rusiya və Ukrayna arasında silahlı münaqişədə Putinin vasitəçisinə məhz Angela Merkelin çevrilə biləcəyi fikrini bildirmişdi. O, mövqeyini belə izah edib:
“Qərbdə yeganə Merkel idi ki, Putinə istənilən vaxt zəng edə, onunla danışa və ya görüşə bilərdi”.
Oxunub: 382