dini radikalizm və ekstremizmlə mübarizə

Paşinyanla Araik gizli görüşüb - ŞOK İDDİA

Paşinyanla Araik gizli görüşüb - ŞOK İDDİA

Ermənistan Baş naziri Nikol Paşinyanla Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində müvəqqəti yerləşən rus sülhməramlılarının məsuliyyət dairəsinə daxil olan Xankəndidə hələ də separatçı fəaliyyətini davam etdirməyə çalışan Araik Arutyunyanın gizli şəkildə görüşdüyü iddia edilir.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Bildirilib ki, görüşlə bağlı nə Ermənistan hökuməti, nə də Qarabağdakı separatçı tör-töküntüsü açıqlama yayıb. Buna baxmayaraq, belə bir görüşün olmasına mənbələr şahidlik edir.

Erməni müxalifəti isə bundan şou düzəltmək və sabahkı mitinqin daha genişmiqyaslı olmasına nail olmaq üçün istifadə etməyə çalışır. Onlar iddia edirlər ki, əgər belə bir gizli görüş olubsa, demək, Ermənistanın Azərbaycanla razılaşmaları və Azərbaycanın ərazi bütövlüyünün tanınması (Qarabağa iddialardan əl çəkmək) müzakirə edilib.Axar.az

Oxunub: 260
Oxşar xəbərlər
SON XƏBƏRLƏR