dini radikalizm və ekstremizmlə mübarizə

Britaniyanın ədliyyə naziri Boris Consona etiraz edərək İSTEFA VERDİ

Britaniyanın ədliyyə naziri Boris Consona etiraz edərək İSTEFA VERDİ

Böyük Britaniyanın ədliyyə naziri David Volfson Baş nazir Consonun istefa verməməsinə etiraz edərək işindən ayrılıb.

Djb.az-ın məlumatına görə, KONKRET.az “The Independent”ə istinadən xəbər verir ki, ədliyyə naziri David Volfson Baş nazirin hərəkətlərinin “qanunun aliliyinə zidd” olduğunu bildirərək istefa verib.

Volfson qeyd edib ki, o, artıq Boris Conson hökumətində xidmət edə bilməz.

Nazir istefa məktubunda hökumətdəki COVID pozuntularının qanunun aliliyi ilə bir araya sığmadığını bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Baş nazir Conson və maliyyə naziri Rişi Sunak COVID-19 qadağalarını pozduqlarına görə cərimələnib.

Baş nazir hadisələr zamanı bütün məhdudiyyətlərə əməl edildiyini əsas gətirərək, istefası ilə bağlı çağırışları rədd edib.

Oxunub: 579
Oxşar xəbərlər
SON XƏBƏRLƏR