dini radikalizm və ekstremizmlə mübarizə

İtaliya parlamenti Zelenskinin çıxışını dinləməkdən imtina etdi – Tribunalar boş qaldı - ÖZƏL

İtaliya parlamenti Zelenskinin çıxışını dinləməkdən imtina etdi – Tribunalar boş qaldı - ÖZƏL

İtaliya parlamentariləri Ukrayna prezidenti Volodimir Zelenskinin çıxışını dinləməkdən imtina ediblər.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Amerikanın “Politico” portalı məlumat yayıb. Bildirilib ki, bu addım Rusiyanın İtaliyada davamlı dəstəklənməsinin bariz nümunəsidir.

“İl Fatto Quotidiano”nun məlumatına görə, Zelenskinin də qatıldığı birgə iclasda azı 350 deputat və senator iştirak etməyib. Tribunalar demək olar ki, boş qalıb. Qeyd edək ki, İtaliya parlamentində 630 deputat və 315 senator var.

Parlamentdə sağ və sol qüvvələrdən ibarət blokun yaradıldığı da bildirilir. Onun üzvləri Kiyevə silah verilməsinə və hökumətin hərbi xərcləri artırmaq planlarına qarşıdırlar.

Oxunub: 423
Oxşar xəbərlər
SON XƏBƏRLƏR