dini radikalizm və ekstremizmlə mübarizə

Putin Paşinyanla Qarabağı müzakirə etdi

Putin Paşinyanla Qarabağı müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Tərəflər Qarabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Hər iki tərəf Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin, o cümlədən Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpasına dair tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin mümkün qədər tez başlanmasına yönəlmiş addımlar müzakirə edilib.

Bundan əlavə, regionda sabitliyin möhkəmləndirilməsi, uzunmüddətli sülh və əməkdaşlıq münasibətlərinin qurulması səyləri ilə bağlı digər məsələlər də gündəmə gətirilib,” – mətbuat xidmətinin məlumatında qeyd olunub.

Oxunub: 477
Oxşar xəbərlər
SON XƏBƏRLƏR