dini radikalizm və ekstremizmlə mübarizə

Ermənistan Türkiyənin təklifini qəbul edə bilər - Paşinyan açıqladı

Ermənistan Türkiyənin təklifini qəbul edə bilər - Paşinyan açıqladı

“Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq istəyir”.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

N.Paşinyan ölkəsinin Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək dəvətini qəbul edə biləcəyini də deyib.

“Artıq Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndələrimizin görüşü olub. Və bu dinamika davam edərsə, o zaman Ermənistanın Antalyadakı diplomatik forumda iştirak etməsi ehtimalı yüksəkdir. Danışıq imkanını qaçırmağımız məntiqsiz olardı. Qeyd edim ki, dünya birliyi, o cümlədən Rusiya, Aİ, ABŞ, region dövlətləri münasibətlərin tənzimlənməsi prosesini dəstəkləyir”, – N.Paşinyan əlavə edib.

Oxunub: 468
Oxşar xəbərlər
SON XƏBƏRLƏR