dini radikalizm və ekstremizmlə mübarizə

Bu gün KTMT ölkələrinin liderlərinin Qazaxıstandakı vəziyyətlə bağlı fövqəladə toplantısı keçiriləcək

Bu gün KTMT ölkələrinin liderlərinin Qazaxıstandakı vəziyyətlə bağlı fövqəladə toplantısı keçiriləcək

Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri arasında Qazaxıstandakı hadisələri müzakirə etmək məqsədilə videokonfrans formatında fövqəladə toplantısı keçiriləcək.

Djb.az Apa-ya istinadən xəbər verir ki, fövqəladə iclasın keçirilməsi təşəbbüsü ilə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev çıxış edib.

Təklifi Rusiya lideri Vladimir Putin də dəstəkləyib və yanvarın 9-da KTMT-yə sədrlik edən Ermənistan tədbirin təşkilatçısı kimi iclasın tarixini açıqlayıb.

Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat xidmətindən bildirilib ki, yanvarın 10-da KTMT ölkələri başçılarının onlayn konfransı planlaşdırılıb. Daha sonra bu məlumat Kremldə təsdiqlənib. Bildirilib ki, görüşdə Qazaxıstanda vəziyyətin normallaşdırılması üçün tədbirlər müzakirəyə çıxarılacaq.

Oxunub: 653
Oxşar xəbərlər
SON XƏBƏRLƏR