dini radikalizm və ekstremizmlə mübarizə

Əqidəmiz türklük, hədəfimiz Turandır! Vaz keçmədik, keçmək fikrində də deyilik!


Əməkdar jurnalist Azər HƏSRƏT: Dəyərli dostlar və izləyicilər. Az qala 40 ilə çatan ictimai-siyasi, media və vətəndaş cəmiyyəti fəaliyyətlərimdə daim təmkinimi və ədəbimi qorumağa çalışmışam. Aradan keçən bu müddət ərzində həmişə əmin olmuşam ki, təmkin və ədəb mənim üçün mütləqdir. Bu günün özündə də bu fikirdəyəm, yanlış yolda olduğumu da düşünmürəm. Davamı, əqidəmi də məni yaxşı tanıyanlar çox yaxşı bilir. Hədəfim həmişə aydın olub, indi də aydındır. 30 il qabaq hansı hədəfə doğru gedirdimsə, bu gün də o hədəfə doğru gedirəm. Hədəfimdən bir an belə sapmadım, son məqsədimi dəyişmədim, dəyişmək fikrim də yoxdur. Həm də hər zaman fikirlərimi tam açıq, aydın ifadə etmişəm, heç vaxt gizli qapılar arxasında iş çevirməmişəm. Belə davranışı mənim mənsub olduğum soyum, ailəmdən – genimdən gələn əxlaqım və ədəbim, xarakterim tələb edir. Zərərimə olsa belə doğrunu söyləməkdən çəkinmədim, çəkinmirəm.
Sözümün canı isə başqadır. Bütün bu çalışmalarım, təbii ki, bədxahlarımızı ciddi narahat edir. İllərdir şəxsimi hədəfə alıb yolumdan çəkindirmək istəyirlər. Haqqımda olmazın uydurmalar tirajlayır, özəlliklə də məni yaxşı tanımayan insanları aldatmağı bacarırlar. Amma mən bütün bunlara da təmkinlə yanaşır, bir çox hallarda gülüb keçirəm. Bir şeyə əminəm ki, mənə qarşı kampaniyalar yetərincə ciddi strukturlar tərəfindən körükləndirilir, idarə edilir. Amma istədiklərinə çata bilmirlər ki, bilmirlər. Tək başıma onların bütün fitnələrinə sinə gərirəm, onlarsa aya-ulduza hürən itlər kimi bir-birilərinə ötürmə edərək dayanmadan “çalışırlar”...
Bu “çalışmaların” arxasında, heç şübhəsiz İranın və Rusiyanın çirkin dövlət təbliğat qurumları dayanır, biləsiniz! Və onlara züy tutan bəzi Azərbaycanlılar! Bunlar bir şeyi unudurlar ki, bir türk dünyaya bədəldir!
Bəzən barəmdə yayılan qaralama məqsədli paylaşımlar dostlarımı, yaxınlarımı narahat edir. Elə ona görə də bu paylaşımı etmək qərarına gəldim. Əsas çağırışım odur ki, bu şər-böhtan kampaniyalarına heç bir halda reaksiya verməyin. Qoy özləri üçün bir kənarda hürə-hürə qalsınlar. Həm də arxasınca 40 köpəyin hürmədiyi qurda qurd deyilməz ki! Biz həmin o qurduq – Bozqurd! Arxamızca çox zaman da saxta sosial media hesablarından, yaxud da xaricdən hürənlər isə həmin o 40 köpəkdən başqa bir şey deyil!

Azər Həsrət
Əməkdar jurnalist

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR