dini radikalizm və ekstremizmlə mübarizə

Peskov: KTMT Ermənistanın fəaliyyətsizliyinə reaksiya verəcək

Peskov: KTMT Ermənistanın fəaliyyətsizliyinə reaksiya verəcək


KTMT Ermənistanın bu təşkilatda fəaliyyətsizliyinə reaksiya verəcək.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, vurğulayıb ki, Ermənistan KTMT-nin fəaliyyətində iştirak etmir, ona görə də, təşkilat buna cavab verəcək.

"Paşinyanı nəyin gözlədiyini bilmirik, amma Ermənistanın KTMT-də iştirak etmədiyi aydındır və təşkilat buna uyğun olaraq cavab verəcək. KTMT nizamnaməsində bu məsələ ilə bağlı nəzərdə tutulan hər şey həyata keçiriləcək", Peskov bildirib.

Kremlin sözçüsü bu gün Kremldə keçiriləcək KTMT sammitində müzakirə olunan mövzulara da toxunub. Bildirib ki Avrasiya təhlükəsizliyi mövzusu hər dəfə KTMT zirvə görüşlərində müzakirə olunur.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR