dini radikalizm və ekstremizmlə mübarizə

Ərdoğan: “İki günlük zirvə görüşü çərçivəsində çox sayda ikitərəfli görüşlər keçirdik”

Ərdoğan: “İki günlük zirvə görüşü çərçivəsində çox sayda ikitərəfli görüşlər keçirdik”

“Romada iki günlük zirvə görüşü çərçivəsində çox sayda ikitərəfli, faydalı görüşlər keçirdik”.

Djb.az Apa-ya istinadən xəbər verir ki, bunu İtaliyanın paytaxtı Romada keçirilən G-20 sammitindən sonra mətbuata açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

İtaliyanın ev sahibliyi ilə keçirilən G-20 sammiti çərçivəsində Türkiyə Prezidenti İtaliyanın Baş naziri Mario Draqi, Avropa İttifaqı (Aİ) Komissiyasının Prezidenti Ursula von der Leyen, Hollandiyanın Baş naziri Mark Rutte, İndoneziyanın Prezidenti Coko Vidodo, ABŞ Prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron, Aİ Prezidenti Şarl Mişel və Almaniya kansleri Angela Merkel ilə görüşdüyünü, digər iştirakçılarla bir araya gəldiyini bildirib.

Keçirilən görüşlərin qlobal, iqtisadi və siyasi sabitlik üçün faydalı olmasını arzulayan Prezident Ərdoğan G-20 samittinə rəhbərlik edən İtaliyaya təşəkkür edib və bu vəzifəni üzərinə götürən İndoneziyaya uğurlar diləyib.

R.T.Ərdoğan G-20 çərçivəsində dünyada yaşıllıqların inkişafı mərhələsində Türkiyənin önəmli rol oynayacağını deyib.

Oxunub: 416
Oxşar xəbərlər
SON XƏBƏRLƏR