dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyədən Ermənistana BAXIŞ: “Sərt ritorika”, “kasıb və məğlub ölkə” - Ovannisyandan İLGİNC AÇIQLAMA

Türkiyədən Ermənistana BAXIŞ: “Sərt ritorika”, “kasıb və məğlub ölkə” - Ovannisyandan İLGİNC AÇIQLAMA

Hərbi ekspert Karen Ovannisyan bildirib ki, Türkiyə hələ də Ermənistana “məğlub ölkə” kimi baxır və onunla danışıqlara tamhüquqlu tərəfdaş kimi yanaşmır.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, Karen Ovannisyan bu barədə Paşinyanın “Türkiyədən müsbət siqnallar alırıq” açıqlamasını şərh edərkən deyib.

“İndiyə qədər rəsmi Ankara İrəvana heç bir ictimai siqnal göndərməyib və regional sülhün bərqərar olması baxımından müsbət hesab edilə biləcək açıqlamalar verməyib. Sərt ritorika və “yoxsul ölkə” xarakteristikası istisna olmaqla, heç bir siqnal görmədim. Türkiyə Ermənistanla danışıqlar prosesində rəsmi İrəvana “uduzan tərəf” kimi baxır”- deyə Ovannisyan vurğulayıb.

Ovannisyanın sərsəm düşüncəsinə görə, əgər Türkiyə Azərbaycanı “geri çəksə” və Gorus-Qafan dövlətlərarası yolunun bağlanmasına icazə verməsə, bu müsbət bir siqnal olardı.

Oxunub: 340
Oxşar xəbərlər
SON XƏBƏRLƏR