dini radikalizm və ekstremizmlə mübarizə

Erməni politoloqlardan ŞOK AÇIQLAMA: “Kərki və “Artsax”ın bir hissəsi də Azərbaycana təhvil veriləcək”

Erməni politoloqlardan ŞOK AÇIQLAMA: “Kərki və “Artsax”ın bir hissəsi də Azərbaycana təhvil veriləcək”

Azərbaycan Silahlı Qüvvələri heç bir halda daxil olduqları ərazilərdən çıxmağı planlaşdırmırlar. Hətta Paşinyan da deyir ki, Sovet xəritələrinə əsasən sözügedən ərazilər Azərbaycana məxsusdur. Ona görə də, Azərbaycan hərbçiləri heç bir halda yolu təmizləmək fikrində deyillər.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu cür açıqlama ilə bəzi erməni politoloqlar çıxış edirlər. Onların sözlərinə görə, Rusiya Federasiyasının Müdafiə Nazirliyi bu problemi dərhal həll etməyə hazırdır, lakin bunun üçün rəsmi müraciət tələb olunur. Əks halda bu ərazilər düşməndə (red. Azərbaycan) qalacaq.

Erməni ekspertlər hesab edirlər ki, əslində bu, Paşinyanın uzun aylardan bəri əraziləri təslim etmək planının tərkib hissəsidir. Özüdə Gorus-Qafan istiqaməti Azərbaycana təhvil verilən yeganə ərazi olmayacaq. Belə ki, Kərki və “Artsax”ın bir hissəsi də Azərbaycana təhvil veriləcək.

Oxunub: 430
Oxşar xəbərlər
SON XƏBƏRLƏR