dini radikalizm və ekstremizmlə mübarizə

Rusiya İrəvana nələr hədiyyə edib? - Ohanyan açıqladı

Rusiya İrəvana nələr hədiyyə edib? - Ohanyan açıqladı

Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın dövründə ölkəyə milyard dollarlıq silah gətirilmişdi.

Djb.az axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

“Rusiya ilə ilk hərbi-texniki əməkdaşlığa bağlı müqavilə Robert Köçəryanın dövründə bağlanmışdı. Onun əsasında bura 3 ədəd S-300 sistemi gətirilmişdi, Moskva 2 ədəd İl-76 təyyarəsi hədiyyə etmişdi. Daha bir təyyarə Sərkisyanın dövründə alındı. Və onların ümumi dəyəri hakim partiyadan olan bəzi deputatların gətirdiyi rəqəmlərdən qat-qat yüksəkdir. Təxminən bir milyard dollara çatır”, - Ohanyan bildirib.

Ohanyan qeyd edib ki, müdafiə naziri olduğu vaxt Ermənistana silah daşımaq üçün Rusiyadan təxminən 1300 təyyarə uçuşu edilmişdi:

“Xüsusilə S-300, “Toçka-U”, “İsgəndər”. Ermənistana silah gətirilməsi hər zaman davam edirdi. Bu tədarüklər 2018-ci ildən sonra baş verənlərlə müqayisə oluna bilməz”.

Keçmiş müdafiə nazirinin sözlərinə görə, 2016-cı ildən sonra böyük ölçüdə PUA alınması planlaşdırılırdı, amma layihə həyata keçirilmədi.

Oxunub: 525
Oxşar xəbərlər
SON XƏBƏRLƏR