dini radikalizm və ekstremizmlə mübarizə

Paşinyanın yeni niyyəti: Qarabağ ikinci plana düşüb?

Paşinyanın yeni niyyəti: Qarabağ ikinci plana düşüb?

Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan Baş nazir Nikol Paşinyanın Qarabağ məsələsi ilə bağlı planlarından bəhs edib.

Djb.az Hit.az-a istinadən xəbər verir ki, o, Paşinyanın Azərbaycanla çərçivə sazişi imzalamaq niyyətində olduğunu və Qarabağ məsələsini ikinci plana keçirmək istədiyini iddia edib.

Aşotyan deyib ki, Paşinyan Qarabağ məsələsi ətrafında “qurtuluş naminə ayrılma” prinsipi ilə danışıqları davam etdirmək niyyətindədir:

“Və bu niyyətləri Minsk qrupunun həmsədr ölkələri ilə razılaşdırılmayıb. 21 iyun tarixində meydanda kapitulyant-degenerator bəyan edib ki, ən yaxşı həll yolu “qurtuluş naminə ayrılma”dır. Qarabağ məsələsi ilə əlaqədar, bu vətəni olmayan əclafın son uydurmaları, nə Minsk Qrupunun həmsədri, nə də başqa bir ölkə ilə razılaşdırılmayıb. Bu o deməkdir ki, bu səfeh yenə də beynəlxalq ictimaiyyətin dəstəyini almayaraq, Qarabağ məsələsində oyunu oynamağa çalışacaq”.

Onun sözlərinə görə, hazırda beynəlxalq ictimaiyyət Qarabağ məsələsini həll edilmiş hesab etməyə meyllidir.

“Qərb yalnız bir şey haqqında düşünür: Rusiya sülhməramlılarını bölgədən necə çıxarmaq olar. Rusiya isə bölgədəki mövqeyini möhkəmləndirmək, status məsələsini vəziyyəti sakitləşdirmək üçün nə qədər təxirə salmaq barədə çalışır”.

Aşotyan hesab edir ki, bu seçkilər nəticəsində bir sıra məsələlər meydana çıxacaq:

“Bu, təslimçi sui-qəsdçinin siyasi gündəmində Ermənistandan gözlənilən gözləntilər digər taleyüklü güzəştləri meydana çıxaracaq. Məsələ delimitasiya və demarkasiya məsələləri, həmçinin Qarabağla bağlı danışıqların tamamilə dondurulması da daxil olmaqla, Azərbaycanla çərçivə razılaşmasından gedir”.

Oxunub: 404
Oxşar xəbərlər
SON XƏBƏRLƏR