dini radikalizm və ekstremizmlə mübarizə

Ermənilər Azərbaycanla necə yaşamaq istədiklərini seçdilər

Ermənilər Azərbaycanla necə yaşamaq istədiklərini seçdilər

Ermənistanda sağlam düşüncə qalib gəldi. Çünki Nikol Paşinyanın partiyasına səs verən erməni xalqı öz ölkəsini bu keçid dövründə sülh və sabitliyə aparmaq istəyir.

Djb.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov deyib.

Onun sözlərinə görə, erməni xalqı başa düşür ki, onların ölkəsi “revanşizm” ideyasını və millətçilik cəhdlərini unutmalıdır:

"Paşinyana etimad krediti verildi. İndi o, dinc və firavan ölkə yaratmalıdır. Demək ki, erməni milləti Azərbaycan və Türkiyə ilə sülh şəraitində olacaq bir ölkədə yaşamaq istəyir. Bütün sərhədlərin açılmasına nail olacaq bir ölkədə. Bütün dünyada normal hesab ediləcək bir ölkədə. Dünən Ermənistanda keçirilən seçki bütün regiona və Ermənistanın özünə sabahkı gün üçün şans verdi. Bu seçkilərin nəticələri Ermənistanı dövlət kimi qoruyub saxlaya bilər. Bundan başqa, bu, Ermənistanı iqtisadi cəhətdən inkişaf etdirməyə imkan verəcək", - deyə ekspert qeyd edib.

Oxunub: 429
Oxşar xəbərlər
SON XƏBƏRLƏR