dini radikalizm və ekstremizmlə mübarizə

Deputat: “Türkiyə ilə münasibətlərimizi elə inkişaf etdirməliyik ki, başqa qüvvələr buna müdaxilə edə bilməsin”

Deputat: “Türkiyə ilə münasibətlərimizi elə inkişaf etdirməliyik ki, başqa qüvvələr buna müdaxilə edə bilməsin”

“MHP lideri Dövlət Baxçalının Şuşada məktəb inşa etdirmək təşəbbüsü ilə bağlı bəzi anlaşılmazlıq yaranandan sonra bir sıra şəxslər Türkiyə-Azərbaycan münasibətlərində spekulyasiyalara yaratmağa çalışdı. Cəmiyyətimiz ən kiçik incikliyin belə gündəmə gəlməsinə imkan verməməlidir”.

Djb.az Apa-ya istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, Prezidentin köməkçisi Hikmət Hacıyev artıq bildirib ki, məktəbin açılışı olacaq: “Biz münasibətlərimizi elə inkişaf etdirməliyik ki, başqa qüvvələr buna müdaxilə edə bilməsin. Vətən Müharibəsində də gördük ki, Azərbaycanın birinci dostu Türkiyədir”. F. Mustafa qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərində Türkiyə şirkətlərinə üstünlük verilməldir.

Oxunub: 457
Oxşar xəbərlər
SON XƏBƏRLƏR