dini radikalizm və ekstremizmlə mübarizə

Türk generaldan erməni diversiyasına - Reaksiya

Türk generaldan erməni diversiyasına - Reaksiya

Ermənistan eyni təxribatları törətməyə davam etdiyi halda Azərbaycan 11 dekabrda olduğu kimi, bu terrorçuları ələ keçirməli, Silahlı Qüvvələrə və xalqa qarşı iriçaplı silahlarla açılan atəşlərin qarşılığını artıqlaması ilə verməlidir.

Djb.az xəbər verir ki, bu sözləri Axar.az-a Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz bu gecə Azərbaycan sərhədinə daxil olaraq, diversiya əməliyyatı həyata keçirən 24 erməni diversantdan 6-nın yaxalanması barədə danışarkən deyib.

O bildirib ki, Ermənistanın birinci növbədə məqsədi Azərbaycanı beynəlxalq aləmdə təcavüzkar və bu dövlətin ərazi bütövlüyünü pozan bir dövlət kimi göstərmək, regiondan kənar böyük dövlətləri də regiona daxil etməkdir:

“Ermənistan hakimiyyəti diasporun da təsiri ilə başda ATƏT-in Minsk Qrupunun üzvləri olan Amerika və Fransanı da bu məsələyə daxil etmək, beynəlxalq ictimaiyyətin Azərbaycana olan psixoloji təzyiqini artırmaq, 10 noyabr sazişində göstərilən Qarabağdakı silahlı terrorçuların tərk-silah edilməsi və Zəngəzur dəhlizinin açılması öhdəliklərinin yerinə yetirilməsini gecikdirmək, aclıq və yoxsulluq içində olan xalqının başını bununla qatmaq istəyir. Ermənistanda önümüzdəki ayda seçkilər olacaq. Seçkilərə qədər belə təxribatların artacağını düşünürəm”.

Y.Karauzun sözlərinə görə, bir terror dövləti olan Ermənistan belə fəaliyyətlərlə Azərbaycanı tələyə salmaq istəyir:

“Beynəlxalq humanitar hüquqa görə, minalanmış ərazilərin xəritəsini Azərbaycana verməli olan Ermənistanın son 2 gündə Kəlbəcər, Şuşa və Gədəbəy istiqamətində atəşkəsi pozması, bu gün isə öz ərazisi olmayan bir bölgəyə mina döşəməsi onun terrorçu fəaliyyətinin göstəricisidir. Ermənistan bunu etməklə əvvəldən həyata keçirdiyi dezinformasiya fəaliyyətinə yeni yalanları əlavə etmək istəyir. Ermənistan bu minaları Azərbaycanın erməni əsgərlərini öldürmək üçün döşədiyini iddia edərək öz əsgərlərini də ölümə göndərə bilər. Seçkilərə qədər Azərbaycan belə provokasiyalara qarşı diqqətli olmalıdır”.

Müsahibimiz eyni zamanda Rusiyanın 10 noyabr sazişinin qarantı olduğunu qeyd edib və bu məqamda Rusiya sülhməramlılarının yerinə yetirməli olduğu vəzifələrə toxunub:

“Rusiya bu təxribat fəaliyyətlərinin 10 noyabr bəyanatına zidd olduğu haqqında Ermənistana xəbərdarlıq etməlidir“.

General bildirib ki, Azərbaycan bütün təxribatçı fəaliyyətləri sənədləşdirməli, ehtiyac yarandığı halda real vəziyyəti göstərmək üçün bölgəyə səfirlərin və hərbi attaşelərin səfərlərini təşkil etməli, məsələni işıqlandırması üçün beynəlxalq xəbər agentliklərini ölkəyə dəvət etməlidir.

Oxunub: 564
Oxşar xəbərlər
SON XƏBƏRLƏR