dini radikalizm və ekstremizmlə mübarizə

Çağırışaqədərki hazırlıq rəhbərləri ilə növbəti vebinar keçirilib

Çağırışaqədərki hazırlıq rəhbərləri ilə növbəti vebinar keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən plana uyğun olaraq Təhsil Nazirliyi və Azərbaycan Gənclər Fondu ilə birlikdə Şəki rayonunda yerləşən tam orta məktəblərdə fəaliyyət göstərən çağırışaqədərki hazırlıq rəhbərləri ilə “Vətənpərvər Azərbaycan Gəncliyi” devizi altında “Zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindəndir” mövzusunda keçirilmiş növbəti onlayn vebinar 28 May-Respublika Gününə həsr olunub.

Djb.az xəbər verir ki, Dövlət Xidmətindən APA-ya verilən məlumata görə, Xidmətin idarə rəisi mayor Füzuli İsmayılov bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəmir yumruq siyasəti və rəşadətli Silahlı Qüvvələrimizin uğurlu hərbi əməliyyatlarının nəticəsi olaraq respublikamızın ərazi bütövlüyünün bərpası aidiyyəti dövlət qurumları tərəfindən birgə əməkdaşlıq çərçivəsində gənc nəslə vətənpərvərlik hisslərinin bundan sonra da daha güclü aşılanması üçün sistemli fəaliyyətin həyata keçirilməsini şərtləndirir.

Vebinarda iştirak edən Təhsil Nazirliyinin şöbə müdirinin müavini Orxan Abbasov xalqımızın Cümhuriyyətin yarandığı 28 May – Respublika Gününü bu il daha möhtəşəm - torpaqlarımızın işğaldan azad edilməsinin, Böyük Qələbəmizin təntənəsi ilə qarşıladığını ifadə edib. O.Abbasov gənclərin çağırışaqədərki hazırlığı işinin günün tələbləri səviyyəsində qurulması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə təşkil edilən vebinarların əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, təmsil etdiyi qurum ilkin hərbi bilik, bacarıq və vərdişlərin gənclərin inkişafına böyük təsirini nəzərə alaraq, aidiyyəti təşkilatlarla birlikdə ümumtəhsil məktəblərinin şagirdləri arasında ənənəvi hərbi-idman oyunları, yarışlar və müsabiqələr təşkil edir.

Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov çıxışında tərəfdaş kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və digər aidiyyəti qurumlarla birlikdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumatları diqqətə çatdırıb.
Vebinarda Şəki rayon 3 saylı tam orta məktəbin, 9 saylı tam orta məktəbin, Qoxmuq kənd tam orta məktəbinin çağırışaqədərki hazırlıq rəhbərləri Nicat Mütəllimov, Boran Kərimov və Şirin Hümmətov çıxış edərək öz təcrübələrini bölüşüblər.

Görüşdə qeyd edilib ki, "Çağırışaqədərki hazırlıq" fənni öz məzmunu etibarilə şagirdləri Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatlandırır, hərbi nizamnamə qaydalarını mənimsədir, ordu həyatı ilə tanış edir, hərbi xidmətə fiziki və mənəvi-psixoloji cəhətdən hazırlayır. Şagirdlərdə orduda xidmətin müqəddəs borc və şərəf işi olmasına inam yaradaraq, vətənpərvərlik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətləri inkişaf etdirir.

Oxunub: 472
Oxşar xəbərlər
SON XƏBƏRLƏR