dini radikalizm və ekstremizmlə mübarizə

Boris Consonun ticarət elçisi: “Azərbaycan və Britaniya münasibətləri inkişaf edir”

Boris Consonun ticarət elçisi: “Azərbaycan və Britaniya münasibətləri inkişaf edir”

“Azərbaycan və Böyük Britaniya arasında qarşılıqlı münasibətlər inkişaf etməyə davam edir”.

Djb.az Apa-ya istinadən xəbər verir ki, bunu Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycan səfirliyi tərəfindən 28 May - Respublika Gününə həsr olunmuş onlayn tədbirdə çıxışı zamanı deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı, Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib.

“2021-ci il pandemiya səbəbindən çətin bir il olsa da, Azərbaycan və Britaniya arasında qarşılıqlı münasibətlər daha da inkişaf edib. Bu yaxınlarda Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Morton və Birləşmiş Krallığın ixracat naziri Qraham Stüartın Azərbaycana səfərləri baş tutub. İki ölkə arasında intensiv dialoq bizim necə yüksək səviyyədə əlaqələrə sahib olduğumuzu göstərir”, - deyə Baronessa Emma Nikolson vurğulayıb.

O qeyd edib ki, pandemiya bitdikdən sonra Azərbaycana səfər etməyi səbirsizliklə gözləyir.

Oxunub: 472
Oxşar xəbərlər
SON XƏBƏRLƏR