dini radikalizm və ekstremizmlə mübarizə

Hərbçilərimiz irəlilədi: Paşinyan ailəsi ilə birlikdə hökumət binasına SIĞINDI

Hərbçilərimiz irəlilədi: Paşinyan ailəsi ilə birlikdə hökumət binasına SIĞINDI

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 15-də ailəsi ilə birlikdə hökumət binasında gecələyib.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə “168.am” saytı etibarlı mənbələrinə istinadən yazır.

Məlumata görə, polis qüvvələri gecə boyunca baş nazirin keşiyini çəkib. Lakin Paşinyanın ailəsi ilə birlikdə niyə hökumət binasında qalmasının səbəbləri açıqlanmır.

Sayt yazır ki, Paşinyanın bu addımının səbəbləri sərhəddə baş verənlər ola bilər.

“Sərhəddə gərginlik yaşandıqdan sonra “Manax” kimi tanınan Artur Ayvazyan öz dəstəyi ilə Sünikin Teğ kəndində yolu bağladı və hökumətin əhalidən topladığı silahları geri qaytarmasını tələb etdi. Mayın 15-də “Manaxı” həbs etdilər. Mayın 17-də Paşinyan Təhlükəsizlik Şurasının iclasında sərhəddə baş verənlər haqda danışdı. Görünür, Paşinyan daxildə etirazlardan qorxduğu üçün hökumət binasında gecələyib”, – sayt qeyd edir./publika.az/

Oxunub: 557
Oxşar xəbərlər
SON XƏBƏRLƏR