dini radikalizm və ekstremizmlə mübarizə

Xalqı meydanlara çağıranların məqsədləri nədir?


“Belə olduğu halda, mənasız yerə dirəniş göstərib, ordumuzu və xalqımızı qırdırmaq lazım idimi?! Siz olsaydınız Rusiyanın təxribatını və gücünü bildiyiniz halda hansı addımlar atardınız?! Hər kəs vicdanı qarşısında insafla müharbəyə cavabdeh şəxs qismində suallara cavab axtarsın”.

Bismilləhir rahmənir rahim Ədalət anlayışı hər hansı bir hadisəyə qərəzsiz, tərəfsiz, maraqsız yanaşmaq və özünü qarşıdakının yerinə qoymaq məcmiusudur. Yaddan çılxarmayaq ki, hər birimiz danışdığımız sözlərə görə hər şeydən əvvəl ədaləti qoruyub-qorumadığımıza görə Allah qarşısında cavab verəcəyik. Nəzərə alaq ki, ədalət haqq savaşı apardığımız yerdə kimsə həqiqətləri, gerçəklikləri bilmədən özünün doğru bildiyi zənnini ortaya qoyur və belə olan halda apardığımız mübarizənin fəsadlarını təsəvvür etmək çətin deyil. Necə ki, bir xəstəyə zənnlə təyin edilmiş yanlış dəva-dərman onu sağaltmaq əvəzinə, məhv edər.
İllərdi siyasi proseslərdə baş vermiş hadisələrə verilmiş təhlillər, sonradan nə qədər absurd və gülünc olduğunu görürük. Siyasi proseslərdə liderə çevrilmiş şəxslərin kimliyinə və apardığı mübarizənin motivinə baxdıqda çoxluğun zənnə qapılıb nə qədər yanlışlıq etdiyi görsənir.
2-ci Qarabağ savaşı təkcə olaraq ərazilərimizin alınması ilə bağlı yaddaşda qalmadı, həm də gözümüzün önündə Azərbaycana qarşı ermənilərə dəstək verən ölkələri gördük. Həmçinin Azərbaycan da ona dost olan ölkələri sınaqdan çıxartdı. Ölkə daxilində də müharibə zamanı siyasi partiyaların davranışları da çox mətləbləri ortaya qoydu. Bu gün sosial şəbəkələrdə xaricdə yaşayan, daxildə saxta profillərlə trolluq edən insanların yazılarına və təbliğatına baxdıqda, fərqli sözlərlə ifədə olunsa da, ortaq anonim fikir olaraq hədəf Qarabağ savaşının zəfərini gözdən salmaq, və “inqilabi” yolla Azərbaycanı qarışdırıb, hakimiyyəti qəsb etməkdir.
Vətənimizin, dövlətimizin belə çətin anında bu cür fikirləri yayanlar və təbliğ edənlər düşmənin maraqlarına xidmət etmək deyilmi?
Hər kəs qoyduğum sualı yaxşı-yaxşı fikirləşsin. Ədalət məcmiusuna daxil olan biri dediyi sözə, etdiyi əmələ görə özünü qarşıdakının yerinə qoymaqdır. Bu gün bu yazımla istəyirəm ki, ədaləti pozmamaq üçün hər kəs özünü dövlət başçısı İlham Əliyevin yerinə qoysun. Qarabağ savaşına girib müharibə aparır, qonşuluqda Rusiyanın, qərbdə müəyyən batı ölkələrin təzyiqinə baxmayaraq, müharibəni uağurla aparır. Ağla gəlməyən məğlubiyyətə düçar olan ermənilərin arxasında duan Rusiyanı Azərbaycana qarşı çıxardır. Rusiya Naxçıvan MR -nın Sədarək rayonu sərhədində Ermənistanda olan öz hərbi vertalyotunu vurdurur və Azərbaycana hərbi müdaxilə edir. Eyni vaxtda da bizə dəstək verən Türkiyəyə qarşı 5 ölkənin ordusunu qaldırılır və hətta Suriyada və Livyada Türk əsgərlərinə qarşı Rusiya tərəfindən bombarduman törədilir. Belə olduğu halda, mənasız yerə dirəniş göstərib, ordumuzu və xalqımızı qırdırmaq lazım idimi?! Siz olsaydınız Rusiyanın təxribatını və gücünü bildiyiniz halda hansı addımlar atardınız?! Hər kəs vicdanı qarşısında insafla müharbəyə cavabdeh şəxs qismində suallara cavab axtarsın.
Qarabağ savaşı həm də ölkə daxilində hakimiyyətə, ölkənin iqtisadi sahələrinə hansı dövlətin və hansı terror təşkılatarın nümayəndəlrini də tanıtdırdı. İllərdi xalqı ağır duruma salan, onun sərvətlərini talayan, hökuməti xalq qarşısında etimadsız və insanları haqqsız-hüquqsuz kölə edən bu cinayətkar çətə, artıq ifşa olunmuşdur. İnanıram ki, bu cinayətkar çətə üzvüləri hakimiyyətdən kənarlaşdırıldıqdan sonra cəzasız qalmayacaqlar.
Dövlət baçısı bu anda iki cəbhədə bir tərəfdə Erməni - Rus, digər tərəfdə daxili çətə ilə savaşdığı halda, bəs bizlər xalq olaraq nə etməliyik? Bu suala da hər kəs vicdanı qarşısında insafla, dövlətçilik baxımından hansı addımlar ıatmaq lazımdırsa onu yaxşı - yaxşı fikirləşsin!
Tarixdə hansı ölkələrdə müharibə olubsa, acı nəticələrimütləq olmuşdur. Müqayisə aparanda şəhidlərimiz, qazilərimiz olsa da acılara qarşı zəfərimiz də ortadadır. Şükür Allaha ki, ağır və dərin iqtisadi böhranlarla qarşılaşmamışıq.
İndi hər kəs mövcud vəziyyətə ölkəmizin siyasi səhnəsinə diqqətlə yetirsin. Hakimiyyətin içərisində cinayətkar çətənin təmizləndiyi dövürdə dövlət başçısına dəstək vermək əvəzinə bu anda xalqı təbliğat aparmaqla meydanlara çağıranların məqsədləri nədir? Yaxşı - yaxşı fikirləşin, bu çağırış aranı qatmaqla cinayətkər çətəni məsuliyyətdənn yayındırmaq məqsədi deyilmi?! Yenə də hər kəsi verilən suallara qarşı ədalət naminə dövlət maraqlarını üstün tutaraq vicdanı ilə cavab axtarsın!

Azərbaycan İslam Demokrat Partiyasının sədri və AXH TK -nın üzvi Tahir Abbaslı

Oxunub: 540
Oxşar xəbərlər
SON XƏBƏRLƏR