dini radikalizm və ekstremizmlə mübarizə

Bakı bəyanatın bu bəndindən imtina edə bilər – Rüstəmov

Bakı bəyanatın bu bəndindən imtina edə bilər – Rüstəmov

Ermənistan bundan sonra da Zəngəzur dəhlizinin yaradılmasına dair razılaşmanın reallaşdırılmasına mane olmağa çalışarsa, Azərbaycan Bəyanatın altıncı bəndinin müvafiq müddəasının yerinə yetirilməsinə veto qoya bilər.

Djb.az xəbər verir ki, bu barədə Axar.az-a açıqlamasında Rusiya Elmlər Akademiyasının üzvü, professor Kamran Rüstəmov bildirib.

Onun sözlərinə görə, Zəngəzurdan keçən dəhliz çox mühüm bir təşəbbüsdür və bu, İran, Rusiya və Türkiyə kimi region ölkələrinin də logistika imkanlarının artması ilə Cənubi Qafqazın nəqliyyat-kommunikasiya sistemini genişləndirməyə imkan verəcək.

“Bu nəqliyyat dəhlizi regionun Orta və Yaxın Şərqin nəqliyyat sisteminə çıxışına imkan yaradacaq. Bütün bunlar həm regionun imkanlarını xeyli genişləndirəcək, həm də bu qlobal nəqliyyat-kommunikasiya sisteminə daxil olan ölkələrin iqtisadiyyatına əlavə töhfə verəcək.

Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizi Azərbaycan ilə Türkiyə arasında məsafəni 400 km azaldacaq.

Ermənistan nəinki iqtisadi blokadadan çıxacaq, həm də dünya nəqliyyat sistemində mühüm oyunçusuna çevrilmək şansı əldə edəcək. Bütün bunlar Ermənistan iqtisadiyyatına çox böyük gəlirlər gətirə bilər. Lakin müxalif qüvvələr bütün imkanları ilə Ermənistanın inkişafına imkan verməməyə çalışırlar. Prinsip köhnədir: dövlət və xalq üçün nə qədər pis olarsa, müxalifətin hakimiyyətə keçmək şansı bir o qədər də artar”, – deyə azərbaycanlı alim qeyd edib.

Qeyd edək ki, 10 noyabr 2020-ci ildə imzalanan Bəyanatın 6-cı bəndində Azərbaycan nəqliyyat vasitələrinin və yüklərin Laçın dəhlizi ilə hər iki istiqamətdə hərəkətinin təhlükəsizliyinə zəmanət verib.

Oxunub: 345
Oxşar xəbərlər
SON XƏBƏRLƏR