dini radikalizm və ekstremizmlə mübarizə

Blinkenin Paşinyana zəngi: “Qud bay, Rusiya!”

Blinkenin Paşinyana zəngi: “Qud bay, Rusiya!”

Ermənistanın Rusiyanın orbitindən çıxmasının müəyyən əlamətləri özünü göstərməyə başlayıb. Nikol Paşinyanın rəhbərlik etdiyi hazırkı Ermənistan hakimiyyətinin Qərbin siyasi konsorsiumunun maraqlarına xidmət etdiyi haqda artıq ucadan danışılması da təsadüfi deyil. Ermənistan, hər halda, Rusiyadan üz döndərmək, Gürcüstan və Ukrayna yolu ilə getmək qərarına gəlib.

Djb.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Politik.am” nəşri yazıb.

"Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı, bir sıra analitiklərin fikrincə, əsas sualları cavablandırmaq üçün vacib idi. Hər bir halda, ABŞ-ın Ermənistanın hazırkı hakimiyyətinə müəyyən siyasi dəstəyi var. Amma necə deyərlər, bu dəstək “pulsuz” olmayacaq və çox güman ki, belə dəstək olsa belə, onun “qiyməti” Ermənistanın xarici siyasi vektorunun dəyişməsi olmalıdır, yəni Ermənistan tədricən Gürcüstan və ya Ukrayna yolu ilə gedəcək: “Qud bay, Rusiya”.

“Geosiyasi reabilitasiya”dan sonra Ermənistandan nə qalacaq, ümumiyyətlə Ermənistan dövləti qalacaqmı? Bunu artıq zaman göstərəcək”, - deyə nəşr yazır.

Oxunub: 355
Oxşar xəbərlər
SON XƏBƏRLƏR