dini radikalizm və ekstremizmlə mübarizə

Sərkisyan Bakıya səfər edib - Səfirdən şok

Sərkisyan Bakıya səfər edib - Səfirdən şok

Ermənistanın Makedoniyadakı keçmiş səfiri Araik Sərkisyan Ermənistan Prezidenti Armen Sərkisyanın 17 noyabrda Bakıya gəldiyini iddia edib.

Djb.az axar.az-a istinadən xəbər verir ki, bunu o, “İravunk” qəzetinə açıqlamasında söyləyib. O, Armen Sərkisyandan Bakıya niyə getməsinə aydınlıq gətirməsini tələb edib.

Ermənistan Prezident Administrasiyası yayılan məlumatı rəsmən təkzib edib. Administrasiya Sərkisyanın Bakı səfəri məlumatını dezinformasiya adlandırıb və Sərkisyanın heç vaxta Bakıda olmadığı bildirilib.

Sərkisyanın 17 noyabr 2020-ci ildə İrəvanda Kanadanın Ermənistandakı yeni səfiri Meri Lekleri qəbul etdiyi vurğulanıb.

Oxunub: 523
Oxşar xəbərlər
SON XƏBƏRLƏR