dini radikalizm və ekstremizmlə mübarizə

“Bayden zarafat etmir: Rusiyaya qarşı güclər birləşəcək” – QRİQORİYEVS

“Bayden zarafat etmir: Rusiyaya qarşı güclər birləşəcək” – QRİQORİYEVS

Latviyalı analitik: “Rusiya tərəfindən Qərb blokunun birliyini pozmaq üçün atılan addımlar öz bəhrəsini verir”

Rusiyanın Avropa Birliyinin vahidliyini sarsıtmaq üçün addımları bəhrəsini verir – bəzi siyasətçiləri satın almaq olar. Bu fikir rusiyalı müxalifət lideri Aleksey Navalnı ətrafındakı vəziyyət, demokratiyanın və dəyərlərin müasir Qərb üçün, xüsusən də ABŞ və AB üçün nə demək olduğunun ifadəsi kimi səslənir. Bu anlayışların onlar üçün tamamilə heç bir məna kəsb etmədiyi ortaya çıxdı: Navalnı istənilən yerdə – bir istintaq təcridxanasında və ya məhkəmədə mühakimə oluna bilər. Əsas maraqlarıdır, dəyərlər isə gözləyə bilər.

Bu misal, Ukrayna hadisələrindən və Krımın ilhaqından sonra və indi AB ilə ABŞ-ın Rusiyaya münasibətdə mövqeyinin necə dəyişdiyini göstərir. Bu müddət ərzində Bayden ilə Putin arasında ilk telefon danışığı oldu, AB diplomatiyasının rəhbəri Josep Borrellin Moskvaya səfəri baş tutdu və nəticədə biz görürük ki, Qərb üçün demokratiya yalnız hədəflərə çatmaq üçün bir vasitədir, amma hədəf əldə olunarsa, demokratiya ikinci plana keçirilir.

KONKRET.az xəbər verr ki, latviyalı siyasi analitik Aleks Qriqoriyevs AYNA-ya müsahibəsində, niyə Qərbin Rusiyaya qarşı daha sərt siyasət yürütmədiyi, eləcə də Rusiyanın Qərblə münasibətlərinin necə inkişaf edəcəyi barədə fikirlərini açıqlayıb.

– Bayden ilə Putin arasında ilk telefon danışığı bu yaxınlarda baş tutdu. Sizcə, Bayden və Putinin ölkələr arasında mövcud problemlərə baxmayaraq, ortaq bir dil tapması mümkündürmü?

– Ümid edirəm ki, xeyr. Putin üçün ortaq dil tapmaq Qərblə Rusiya arasında dünyanın yeni bir Yalta bölgüsünə nail olmaq deməkdir. Rusiyanın qonşuları üçün bu, ərazilərin itirilməsi və bəlkə də suverenliyin itiriləmsi deməkdir. Bu günə qədər ABŞ Rusiyanın Qərblə müharibə etdiyini görməzdən gəlirdi, ammap Prezident Bayden son çıxışında Rusiyanın təcavüzkar davranışından tam xəbərdar olduğunu vurğuladı. Rusiya təcavüzünə, kiberhücumlarına və Qərbin – Avropa Birliyi və NATO-nun birliyini pozmaq cəhdlərinə görə bahalı hesab ödəməli olacaq. Ümid edirəm, Prezident Bayden zarafat etmir. Norveçdəki hava bazalarında ilk dəfə “Lancer” strateji bombardımançılarının yerləşdirilməsi Rusiyaya güclü bir siqnaldır.

– Navalnının yaxalanmasına və mühakimə olunmasına baxmayaraq, AB-dən Rusiyaya qarşı heç bir təzyiq yoxdur. Üstəlik, Borrell bu yaxınlarda Moskvaya səfər etdi. Bunlar nə deməkdir: Yalnız “Şimal axını 2”-ni müzakirə etdilər?

– Nə yaxalanması? Navalnı qaçmadı və gizlənmədi ki, bu da onun yayda zəhərlənməsinə imkan verdi və indi Rusiyaya qayıdanda tutuldu və məhkəmə və qanunlara istehza etməklə onu illərlə həbsxanaya göndərdilər. Bu, birinci. İkincisi, Avropa Birliyi pandemiyanın məngənəsində olduğundan işlər hər zamankındən daha yavaş gedir. Həm də orada qərarlar konsensus yolu ilə qəbul edilir – yəni 27 iştirakçı ölkənin hamısı Avropa Birliyində ortaq məxrəcə gəlməsi üçün bir növ eyni mövqe tutmağı qəbul etməlidir. Bu isə uzun bir danışıq prosesi deməkdir.

Ancaq Avropa Birliyinin mövqeyinin zəif olduğunda haqlısınız. Bəli, həm “Şimal axını”, həm də Rusiya tərəfindən Avropa Birliyinin birliyini pozmaq üçün atılan digər addımlar öz bəhrəsini verir. Bunlar o qədər də təsirli deyil, amma bəzi siyasətçiləri satın almaq olar. Avropadakı sol partiyalar arasında hələ də müəyyən dərəcədə nüfuz sahibi olan Gerhard Şröder Rusiyadan babat maaş alır. Moskvaya tamamilə yersiz bir ziyarət edən Josep Borrell də solçuların nümayəndəsidir. Ümid edirəm ki, Prezident Bayden dövründə ABŞ-ın dünyada liderliyi bərpa ediləcək.

– Bir sıra ekspertlər Qərbdə Navalnının “öz adamları” olmadığını, millətçi görüşlərə sadiq qaldığını, dediyi kimi, liberal olmadığını və buna görə də ona xüsusi bir dəstəyin olmadığını qeyd edirlər. Bunlar nə dərəcədə doğrudur?

– Aleksey Navalnının siyasi görüşləri Qərbdə ən az müzakirə olunan məsələdir. Onun Rusiyada korrupsiyaya qarşı mübarizə apardığı və bunun üçün zəhərləndiyi kifayətdir. İndi də daha çox sirkə bənzəyən bir məhkəmə nəticəsində həbs olundu. Bəli, Navalnı və təşkilatı ədalətli seçki və qanunlara riayət edilməsini tələb edirlər. İndi Rusiyada baş verənlər özbaşınalıq və qanunsuzluqdur.

Oxunub: 655
Oxşar xəbərlər
SON XƏBƏRLƏR