dini radikalizm və ekstremizmlə mübarizə

Qorbaçov Qarabağdakı münaqişənin həlli yolunu "göstərdi"

Qorbaçov Qarabağdakı münaqişənin həlli yolunu "göstərdi"

“Dağlıq Qarabağ problemi Azərbaycan və Ermənistanın aparıcı rolu qalmaqla qalibsiz və məğlubsuz hər iki tərəfin maraqları nəzərə alınmaqla həll edilməlidir”.

KONKRET.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Mixail Qorbaçov bu gün Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyev arasında keçiriləcək üçtərəfli görüş barədə gözləntilərini bölüşüb.

“Qarabağ məsələsinə gəlincə, çox ağır, köhnə, kökləri keçmişə gedib çıxan məsələdir. Biz münaqişə sərtləşəndə hər iki respublikaya yardım etməyə cəhd etdik. Bunun nəticəsi olaraq Rusiya səy göstərdi. Ümid edirəm ki, münaqişə edən tərəflərin aparıcı rolu qalmaqla Rusiya kömək edə bilər. Ermənistan və Azərbaycan tənzimlənmə üçün danışıqlar aparacaqlarına dair üzərlərinə öhdəlik götürüblər. Məsələ qalibsiz və məğlubsuz hər iki tərəfin maraqlarına uyğun həll edilməlidir”, – Qarbaçov bildirib.

Oxunub: 357
Oxşar xəbərlər
SON XƏBƏRLƏR