dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyə bu ölkəyə ordu göndərir – Parlament qərar verdi

Türkiyə bu ölkəyə ordu göndərir – Parlament qərar verdi

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) növbəti iclası keçirilib.

Parlamentin iclasında Liviyaya hərbi qüvvələrin göndərilməsi barədə sənəd müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imazsı ilə Türkiyə Prezident Administrasiyasından TBMM-ə göndərilən qanun layihəsində Türkiyə hərbi qüvvələrinin beynəlxal hüquq və qanun tələbləri çərçivəsində Liviyada təhlükəsizliyin təmin olunması üçün 18 ay müddətinə bu ölkəyə dəstək verilməsi əks olunub.

Onu da bildirək ki, bu gün TBMM-də Türkiyənin Əfqanıstana da 18 ay müddətinə hərbi qüvvələr göndərməsilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb (APA).

Oxunub: 560
Oxşar xəbərlər
SON XƏBƏRLƏR