dini radikalizm və ekstremizmlə mübarizə

"Rus hərbçilər Hadrutun iki kəndi ilə bağlı səhv iş gördülər" - Sülhməramlılar Azərbaycan ərazisində səlahiyyətlərini aşdılar

"Rus hərbçilər Hadrutun iki kəndi ilə bağlı səhv iş gördülər" - Sülhməramlılar Azərbaycan ərazisində səlahiyyətlərini aşdılar

Görəsən, Azərbaycan tərəfi 10 Noyabr razılaşmasına əsasən Qarabağa daxil olacaq Rusiya sülhməramlıları qarşısında öncədən ölkənin milli maraqları, suverenliyi və ərazi bütövlüyü ilə bağlı konkret şərtlər qoya bilməzdimi? Məsələn, Azərbaycan dövlətinin tanımadığı, üstəlik, barələrində cinayət işi qaldıraraq İnterpola verdiyi separatçı rəhbərlərlə problemlərin müzakirəsi üçün tərəf kimi görüşmək olmaz, tərtib olunan xəritələrdə Azərbaycan ərazilərindəki toponimlər (məsələn, “Stepanakert” yox, Xankəndi, “Mardakert” yox, Ağdərə və s.) ermənilərin adlandırdığı kimi yox, respublikamızın rəsmi dövlət xəritələrində olduğu kimi adlandırılmalıdır və s.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Cümşüd Nuriyev bunları bildirib:

“Təəssüf ki, öncədən belə şərtləri qoymaq mümkün deyildi. Ona görə ki, 10 Noyabr razılaşması bəyanatdır; hüquqi yox, siyasi sənəddir. Bu cür şərtlər qoyulması üçün ikitərəfli hüquqi-siyasi saziş də imzalanmalıydı. Belə bir saziş olmadığı üçün deyilən şərtləri qoya bilmərik. Amma başqa məsələləri qoya bilərik…

Beynəlxalq hüquqda sülhməramlıların haraya yerləşdirilməsindən asılı olmayaraq səlahiyyət və vəzifələri var. Rusiya sülhməramlıları Azərbaycan ərazisində həm səlahiyyətlərini aşdılar, həm də öz vəzifələrini icra etmədilər. Bunların əsas vəzifəsi 5 km-lik Laçın “dəhlizi”ndə ermənilərin sərbəst gediş-gəlişini və Azərbaycan ordusunun nəzarətində olmayan ərazilərdəki sakinlərin təhlükəsizliyini təmin etməkdir. Ancaq rus hərbçilər Hadrutun iki kəndi ilə bağlı səhv iş gördülər, aləmi qatdılar. Və bu, Rusiyaya başucalığı gətirmədi və o, səhvini düzəltməyə məcbur oldu. Burada Azərbaycan dövlətinin iradəsi də özünü göstərdi… Bundan əlavə, Ağdamın Papravənd kəndində post qurublar. Və orada nəinki Ermənistan bayrağı, üstəlik, heç həmin işğalçı ölkənin də tanımadığı separatçı rejimin əski parçası da asılıb. Bu, yolverilməzdir…” – deyə politoloq vurğulayıb. /Moderator.az

Oxunub: 531
Oxşar xəbərlər
SON XƏBƏRLƏR