dini radikalizm və ekstremizmlə mübarizə

Paşinyan Rusiyanı BİABIR ETDİ: "Verdiyiniz silahlar işə yaramadı"

Paşinyan Rusiyanı BİABIR ETDİ: "Verdiyiniz silahlar işə yaramadı"

Paşinyan tarixi məğlubiyyətinə görə Rusiyanı günahlandırıb.

KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan Elektron müharibə sistemlərinin işə yaramadığını bildirərək bütün günahların Rusiyada olduğunu deyib.

“Rusiya istehsalı olan elektron müharibə sistemləri işə yaramadı. Buna görə ordumuz bir hədəfə çevrildi”, – deyə erməni baş nazir gileylənib.

Ermənistan ordusunun Qarabağ bölgəsində ağır itki verdiyini etiraf edən Paşinyan, “Əgər sülh və sülh sazişini qəbul etməsəydik, bu müharibənin nəticələri bizim üçün daha ağır olardı”, – deyə Paşinyan məğlubiyyət acısını dilə gətirib.

Moskva rəhbərliyini qınayan Paşinyan, müharibə zamanı Rusiyadan lazımi dəstəyi almadıqlarını qeyd edib.MediaBaku.az

Oxunub: 327
Oxşar xəbərlər
SON XƏBƏRLƏR