dini radikalizm və ekstremizmlə mübarizə

"Associated Press": "Azərbaycan Ordusu cənubdan irəliləməkdə davam edir"

"Associated Press": "Azərbaycan Ordusu cənubdan irəliləməkdə davam edir"

“Sentyabr ayının sonunda başlayan döyüşlər Dağlıq Qarabağda son onilliklərdəki ən ciddi hərbi əməliyyatdır. Ermənistan tərəfdən bu günədək 1177 hərbiçinin öldürüldüyü deyilir. Azərbaycan hakimiyyəti hərbi itkilərini açıqlamır, ancaq döyüş əməliyyatları nəticəsində ən az 91 mülki şəxsin öldüyünü və 400 nəfərin yaralandığını bildirir”.

KONKRET.az xəbər verir ki, bu barədə “Associated Press”məlumat yayıb. Məlumatda deyilir ki, bölgədə gərginliyi aradan qaldırmaq üçün son cəhd olaraq Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri cümə günü Cenevrədə bir araya gəldi. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə baş tutan görüşdə hər iki tərəf “beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki və ya qeyri-hərbi hədəfləri vurmaycaqları” barədə razılığa gəlsə də, bir-neçə saat sonra mülki əhalinin atəşə tutulması xəbərləri ilə razılaşma havadan asılı qaldı.

Bundan sonra Azərbaycan Prezidenti İlham Əliyev hərbi əməliyyatların dayandırılması üçün erməni qüvvələrinin Dağlıq Qarabağdan çəkilməli olduğunu bildirdi. Minsk Qrupunun fəaliyyətsizliyini tənqid edən İlham Əliyev beynəlxalq vasitəçiliyin uğursuzluğu səbəbindən Azərbaycanın öz ərazilərini hərbi əməliyyatlar yolu ilə geri almaq hüququna sahib olduğunu israr etdi.

Türkiyə tərəfindən təchiz edilmiş pilotsuz uçan aparatlara və uzun mənzilli raket sistemlərinə güvənən Azərbaycan qüvvələri Dağlıq Qarabağın kənarındakı bir neçə bölgəyə nəzarəti ələ alaraq cənubdan separatçı ərazilərə doğru irəliləməkdə davam edir”, – deyə “Associated Press” yazır.

Oxunub: 357
Oxşar xəbərlər
SON XƏBƏRLƏR