dini radikalizm və ekstremizmlə mübarizə

Ermənilərin ifşa olunan yeni təxribatçı səhifələri - FOTO

Ermənilərin ifşa olunan yeni təxribatçı səhifələri - FOTO

Ermənilərlə təmas xəttində bütün cəbhəboyu şiddətli döyüşlər getdiyi bir vaxtda virtual məkanda da eyni şiddətlə informasiya müharibəsi gedir.

KONKRET.az xəbər verir ki, təcavüzkar düşmən bütün gücləri ilə çalışır ki, müxtəlif dezinformasiyalar, ideoloji təxribatlar yolu ilə ölkəmizin əhalisində çaşqınlıq yaratsınlar, döyüşən ordunun qolunu soyutsunlar, insanları düşmən üzərinə, qələbəyə fokuslaşmaqdan yayındırıb, diqqətlərini başqa məqamlara yönəltsinlər. Ona görə də son günlər ermənilər internet resurslarında son dərəcə fəallaşıblar, gah Azərbaycan ordusunun çoxsaylı şəhid verməsi, gah da məşhur komandirlərin əsir düşməsi barədə dezinformasiyalar yayırlar.

Onlar bu kimi yalan informasiyaları həm də daxili auditoriyaya hesablayırlar. Erməni fəallar çalışırlar ki, Ermənistan əhalisi panikaya qapılmasın, öz ordularının guya müzəffər olduğuna, “düşmənə layiqli zərbə vurduğuna”, “əks-hücuma keçdiyi”nə inandırsınlar, öz itkilərindən diqqət yayındırsınlar.

Belə saxta, erməni xüsusi xidmət orqanları tərəfindən yönəldilən fake səhifələrin bir çoxunu ötən günlərdə ifşa edərək, oxucularımıza bildirmişik. Biz onların səhifələrini deşifrə etdikcə, düşmən yeni səhifələr yaradır. İfşa etdiyimiz daha bir neçə yeni təxribatçı səhifəni də təqdim edirik, onlara inanmayın!


Oxunub: 448
Oxşar xəbərlər
SON XƏBƏRLƏR