dini radikalizm və ekstremizmlə mübarizə

Ankara və Vaşinqton Qarabağı müzakirə etdi

Ankara və Vaşinqton Qarabağı müzakirə etdi

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalınla ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayn arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, tərəflər əsasən Ermənistanın Azərbaycana hücumlarını və Aralıq dənizinin şərq hissəsində yaranan gərginliyi müzakirə ediblər.

Qalın ABŞ rəsmisinə Türkiyənin Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyini dəstəkləməyə davam edəcəyini bildirib:

"Regionda sülhün bərqərar olması üçün Ermənistan Dağlıq Qarabağ və ətrafındakı işğal etdiyi torpaqlardan çıxmalıdır. Ermənistan Azərbaycana qarşı hücumlarını dayandırmalıdır və həm BMT, həm də ATƏT qərarları çərçivəsində addım atılmalıdır".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR