dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyə Aralıq dənizində geoloji kəşfiyyatı dayandırdı - ƏRDOĞANDAN TAPŞIRIQ

Türkiyə Aralıq dənizində geoloji kəşfiyyatı dayandırdı - ƏRDOĞANDAN TAPŞIRIQ

Türkiyə hakimiyyəti Yunanıstanın etirazından sonra Şərqi Aralıq dənizinin mübahisəli sularında faydalı qazıntıların kəşfiyyatını dayandırmaq qərarına gəlib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı AP agentliyi yayıb.

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalının sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan köməkçilərinə konstruktiv olmağı və geoloji kəşfiyyatı bir müddət təxirə salmağı tapşırıb.

Eyni zamanda Kalın Yunanıstanı Türkiyə ilə problemlərini ikitərəfli əsasda, digər ölkələri prosesə cəlb etmədən həll etməyə çağırıb.

“Hər kəs özünün kontinental tərəfində işlərini davam etdirməli və mübahisəli bölgələrdə birlikdə işləməlidir … Yunanıstanın Aİ üzvlüyündən təzyiq vasitəsi kimi istifadə edərək nəticə əldə etməsi mümkün olmayacaq” deyib.

Türkiyə Oruc Reis adlı tədqiqat gəmisini və Yunanıstanın Rodos, Karpatos və Kastellorizo ​​adalarının cənubundakı sularında geoloji kəşfiyyat üçün iki dəstək gəmisini göndərmək üzrə idi. Elan qonşu Yunanıstanla münasibətlərini gərginləşdirib.

Türkiyə, eyni zamanda ABŞ, Fransa və digər Avropa ölkələrinin tənqidləri ilə üz-üzə qalıb.

Türkiyə Yunanıstanı Egey dənizi və Şərqi Aralıq dənizində neft və qaz kəşfinin faydalarından məhrum etməyə çalışmaqda günahlandıraraq, ticarət istismarı üçün dəniz sərhədlərinin Yunanıstan və Türkiyə arasında bərabər əsasda bölünməli olduğunu iddia edib.

Afina Türkiyənin mövqeyinin beynəlxalq hüquqa zidd olduğunu iddia edir.

Xatırladaq ki, 2019-cu ilin noyabrında AB Şurası Kipr sahillərində icazəsiz qazma işlərinə görə Türkiyəyə qarşı sanksiya mexanizmini təsdiqləyib.

Sonra Türkiyə AB-nin sanksiyalarına baxmayaraq Kipr yaxınlığında yataq axtarışlarını davam etdirəcəyini söyləyib.

Oxunub: 375
Oxşar xəbərlər
SON XƏBƏRLƏR