dini radikalizm və ekstremizmlə mübarizə

BMT: “Azərbaycanla Ermənistan arasında genişmiqyaslı qarşıdurma fəlakət olar”

BMT: “Azərbaycanla Ermənistan arasında genişmiqyaslı qarşıdurma fəlakət olar”

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb. O bildirib ki, dövlətlər arasında tammiqyaslı münaqişə fəlakət olar.

KONKRET.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə məlumat verib.

“Baş katib Azərbaycanla Ermənistan arasında davam edən gərginliyi dərin narahatlıqla izləyir. O, maksimum təmkinliyə çağırır – bu iki ölkə arasında tammiqyaslı münaqişə fəlakət olar”, – Düjarik deyib.

Xatırladaq ki, daha əvvəl də BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı qarşıdurmaları dayandırmağa və münaqişənin həllinə başlamağa çağırmışdı.

Oxunub: 515
Oxşar xəbərlər
SON XƏBƏRLƏR