dini radikalizm və ekstremizmlə mübarizə

Vahid Əhmədov səhhəti ilə bağlı danışdı


Milli Məclisin deputat Vahid Əhmədov Türkiyədə müalicəsini davam etdirir.

Bu barədə millət vəkili Musavat.com-a açıqlamasında deyib.

Milli Məclisin üzvü müalicəsinin uğurla davam etdiyini söyləyərək əlavə edib ki, həkimlərin məsləhətinə əsasən, daha on gün müalicə olunacaq.

V.Əhmədov pandemiya dövründə hər kəsi sağlamlığını qorumağa çağırıb.

Qeyd edək ki, millət vəkili 2 il əvvəl Türkiyədə ürəyindən əməliyyat olunmuşdu. Ötən ayın sonlarında ürəyində problemlər yaranan V.Əhmədov özəl təyyarə ilə Türkiyəyə getmişdi və həkim nəzarəti altına alınmışdı.

Dəyərli millət vəkilinə Allahdan tezliklə şəfa arzulayırıq!

Oxunub: 629
Oxşar xəbərlər
SON XƏBƏRLƏR