dini radikalizm və ekstremizmlə mübarizə

Gürcü jurnalisti yenə Putini təhqir etdi

Gürcü jurnalisti yenə Putini təhqir etdi

Gürcüstanlı jurnalist Georgi Qabuniya yenə Rusiya prezidenti Vladimir Putin haqqında kəskin ifadələr işlədib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

O, “Mtavari Arkhi” telekanalının efirində gözlənilmədən rus dilinə keçib və kobud şəkildə Rusiya liderinə müraciət edib.


Keçən həftə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti sifarişli qətlin hazırlanması çərçivəsində Rusiya vətəndaşının saxta sənədlərin hazırlanmasına və istifadəsinə görə tutulduğu haqda informasiya verib.

“Mtavari Arkhi” televiziyasının baş direktoru Nika Qvaramiya bəyan edib ki, tutulan şəxs Rusiya hakimiyyətinin göstərişi ilə Qabuniyanı öldürməyi planlaşdırıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu şübhələri absurd adlandırıb.

Keçən yay “Rustavi-2” telekanalının efirində Qabuniya Putini və onun mərhum valideynlərini söymüşdü. Bu, hətta jurnalistin cəzalandırılmasını tələb edən etiraz aksiyaları keçirən kanalın izləyicilərinin qəzəbinə səbəb olmuşdu. Avqust ayında şirkətin sahibi dəyişdirildi, Qabuniya və bir sıra jurnalistlər işdən azad edildi.

Oxunub: 473
Oxşar xəbərlər
SON XƏBƏRLƏR