dini radikalizm və ekstremizmlə mübarizə

MM-in Parlamentlərarası İttifaqındakı nümayəndə heyətinin tərkibi və rəhbəri müəyyənləşib


Azərbaycan Respublikasının Milli Məclisi Parlamentin beynəlxalq əlaqələrinin inkişafına böyük önəm verir.

Milli Məclisin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətlərimizin Milli Məclisin üzv olduğu beynəlxalq qurumlarda fəaliyyəti Parlament rəhbərliyinin daim diqqət mərkəzindədir.

Milli Məclisin Parlamentlərarası İttifaqındakı nümayəndə heyətinin tərkibi müəyyənləşib. Qurumda nümayəndə heyətimizə Milli Məclis Sədrinin müavini Adil Əliyev rəhbərlik edəcək.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Elnur Allahverdiyev, Şahin İsmayılov, Tural Gəncəliyev, Naqif Həmzəyev, Rəşad Mahmudov, Kamran Bayramov, Zahid Oruc və Məzahir Əfəndiyev daxildirlər.

Oxunub: 475
Oxşar xəbərlər
SON XƏBƏRLƏR