dini radikalizm və ekstremizmlə mübarizə

Gürcüstan Qara və Xəzər dənizləri arasında yükdaşımaları asanlaşdırmaq niyyətindədir

Gürcüstan Qara və Xəzər dənizləri arasında yükdaşımaları asanlaşdırmaq niyyətindədir

Gürcüstan Qara dənizlə Xəzər dənizi arasında avtomobil hərəkətinin asanlaşdırılması üçün Poti şəhərində yeni körpü inşa edəcək.

APA xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar departamenti məlumat yayıb.

Bildirilib ki, 432 metr uzunluğunda olacaq körpü Rioni çayı üzərində inşa ediləcək və Qara dənizlə Xəzər dənizi arasında avtomobillərin daha asan və təhlükəsiz hərəkət etməsinə xidmət edəcək.

Layihənin inşası üçün elan edilən tenderə 12 şirkətin müraciət etdiyi bildirilir.

Oxunub: 436
Oxşar xəbərlər
SON XƏBƏRLƏR