dini radikalizm və ekstremizmlə mübarizə

Daha bir məşhur namizədliyini açıqladı

Daha bir məşhur namizədliyini açıqladı

Tanınmış marketoloq, PR menecer Nigar Arpadarai parlament seçkilərində namizəd kimi iştirakla bağlı qərar verib.

Turkustan.info xəbər verir ki, bu barədə Nigar Arpadarai “Facebook” hesabında məlumat verib.

O, qeyd edib ki, ətraflı düşünəndən və ailəsi, yaxınları ilə müzakirə və məsləhətləşmədən sonra 9 fevral tarixində keçiriləcək Milli Məclisə seçkilər prosesinə namizəd qismində qatılmağa qərar verib:

“Ailəsinin və övladlarının gələcəyini, doğma vətənimiz Azərbaycan ilə bağlayan bir insan üçün, bu proseslərdən, xüsusilə də yeni nəsil Parlamentinin, qanunverici və təmsilçi orqanın, formalaşması prosesindən kənarda qalmaq doğru deyil. Bu gün sənədlərimi doğulduğum, yaşadığım və işlədiyim gözəl və sevimli şəhərimizin mərkəzi rayonu olan 29 saylı Səbail seçki dairəsinə bitərəf namizəd kimi təqdim etdim”. /Yenisabah.az/

Oxunub: 481
Oxşar xəbərlər
SON XƏBƏRLƏR