dini radikalizm və ekstremizmlə mübarizə

"Equinor" Azərbaycanda seysmik tədqiqat işlərinin başlanmasına hazırlaşır

"Equinor" Azərbaycanda seysmik tədqiqat işlərinin başlanmasına hazırlaşır

Norveçin "Equinor" şirkəti "Əşrəfi", "Dan Ulduzu" və "Aypara" kəşfiyyat sahəsində seysmik tədqiqat işlərinə (2 və 3-ölçülü) carı ilin avqustun sonu – sentyabrın əvvəlində başlayacaq. Bunu "APA-Economics"ə neft-qaz bazarındakı etibarlı mənbə deyib.

Tədqiqat işləri təxminən minimum 3-ölçülü seysmik məlumatın tam 500 qat kvadrat km və təxminən minimum 2-ölçülü seysmik məlumatın tam 800 qat kvadrat km əhatə edilməsindən ibarət olacaq.

Mənbənin sözlərinə görə, tədqiqat işlərini "Caspian Geophysical" şirkəti həyata keçirəcək. Tədqiqatlar "Gilavar" geofizik gəmisi vasitəsi ilə aparılacaq.


"Hazırda gəmi çöl işlərinin başlanılması üçün hazırlaşdırılır", - deyə mənbə qeyd etdi.

Onun sözlərinə görə, bu ərazidə aparılacaq seysmik tədqiqat işləri 45 günü əhatə edəcək və bu ilin oktyabr ayında tamamlanacaq.

Xatırladaq ki, SOCAR və "Equinor" şirkətləri arasında 2018-ci ilin may ayında "Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ" neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti" və "Xəzər dənizinin Azərbaycan sektorunda "Əşrəfi-Dan Ulduzu-Aypara" sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü" haqqında sazişlər imzalanıb.

Qeyd edək ki, "Dan Ulduzu" və "Əşrəfi" perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. "Aypara" sahəsi Bakıdan 90 km şimal-şərqdə, açıq dənizdə yerləşir, 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar olunub.

Oxunub: 450
Oxşar xəbərlər
SON XƏBƏRLƏR