dini radikalizm və ekstremizmlə mübarizə

İordaniyalı məşhur tarixçi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

İordaniyalı məşhur tarixçi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

İordaniyalı məşhur ictimai xadim, tarixçi və yazıçı, "Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq ( Azərbaycan Respublikası)" kitabının müəllifi Ömər əl-Armuti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.
APA-nın şimal bürosunun verdiyi xəbərə görə, tarixçi və onu müşayiət edən şəxslərə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı haqqında məlumat verilib.

Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyənləşib.
Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı müxtəlif bölgələrdə həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Oxunub: 507
Oxşar xəbərlər
SON XƏBƏRLƏR