dini radikalizm və ekstremizmlə mübarizə

Bu gün Avropa Parlamentinə seçkilərin ilkin nəticələri məlum olacaq

Bu gün Avropa Parlamentinə seçkilərin ilkin nəticələri məlum olacaq
Bu gün Almaniya və Avropa İttifaqına üzv digər 20 ölkədə Avropa Parlamentinə seçkilər keçirilir.

ONA-nın "Alman Dalğası"na istinadən verdiyi məlumata görə, seçki məntəqələri öncə saat 08.00-da Yunanıstan, Macarıstan, Bolqarıstan, Rumıniya, Litva və Cənubi Kiprdə açılacaq.

Almaniya vətəndaşları saat 10.00-dan 20.00-a qədər səs verəcək. Son seçki məntəqəsi 01.00 radələrində İtaliyada bağlanacaq.

Seçki məntəqələri bağlandıqdan dərhal sonra exit-poll-un nəticələri açıqlanacaq. Avropa Parlamenti saat 21.30 radələrində Avropa İttifaqına üzv 28 ölkə üzrə exit-poll-un nəticələri açıqlamağı, deputat mandatlarının ehtimal olunan bölgüsünü elan etməyi planlaşdırır.

Qeyd edək ki, mayın 23-dən başlayaraq Böyük Britaniya, Hollandiya, İrlandiya, Çexiya, Latviya, Slovakiya və Maltada Avropa Parlamentinə seçkilər keçirilib.

Oxunub: 556
Oxşar xəbərlər
SON XƏBƏRLƏR